Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.
 
Axşam.az-ın Apa-ya istinadən məlumatına görə, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
 
Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.
 
Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.
 
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
 
Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.
 
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.