Əməkdar artistin yaradıcılıq gecəsi keçiriləcək

Əməkdar artistin yaradıcılıq gecəsi keçiriləcək
2136 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 7-də Azərbaycan Televiziyasının “Mədəniyyət” Kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əməkdar artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzindən Axşam.az-a bildirilib ki, gecədə xalq artisti Tofiq Bakıxanov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Asəf Zeynallı adına musiqi kollecinin direktoru Nazim Kazımov, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov və Kənan Əsədov Zakir Mirzəyevin yaradıcılığından danışacaqlar.

Konsertdə xalq artistləri Aftandil İsrafilov, Ənvər Sadıqov, Gülyaz Məmmədova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, qarmon ifaçıları Aydın Əliyev, Baxşəli Əliyev, Teyyub Teyyuboğlu və klarnet ifaçısı Qulammirzə Mirzəyev çıxış edəcəklər.