İzzətin klipində faciəvi sevgi - Video

İzzətin klipində faciəvi sevgi - Video
1561 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırovun yeni klipi hazır olub.

Axşam.az xəbər verir ki, “Ayrılıq olmayaydı” mahnısının ekran işi dekabrın 2-də, saat 17:00-da Lider TV-nin yeni proqramı “Bu saat”da tamaşaçılara təqdim ediləcək.

Nail Naiboğlunun lentə aldığı klip eşq faciəsindən bəhs edən süjet xəttinə malikdir. Mahnının sözləri şair Cabir Novruza, musiqisi isə bəstəkar Oqtay Kazımiyə məxsusdur.

Qeyd edək ki, “Bu saat” verilişinin informasiya dəstəyi Axşam.az-a məxsusdur. Proqram həftəiçi hər gün saat 17:00-da Xəyalə Manaflının təqdimatında yayımlanır. Layihənin rəhbəri və rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.