Ruslana etiraz aksiyasına qoşuldu - Video

Ruslana etiraz aksiyasına qoşuldu - Video
1432 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynada avrointeqrasiya tərəfdarlarının “Maydan”da başladığı nümayişlər hələ də davam edir.
 
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarından etibarən artıq 300-400-ə yaxın nümayişçi polis tərəfindən meydandan qovulub. Hadisə yerində olan tələbələrdən birinin verdiyi məlumata görə, qovulanların əksəriyyəti tələbələrdir və onlar “Mixaylov” kilsəsinin həyətində gizləniblər:

“Çoxları döyülüb. Mənim və dostumun başı qanayıb. Taksi sürücüsü bizə tibbi ləvazimatlar verdi, başımıza sarğı qoyduq”.

Kilsə həyətinə toplaşan nümayişçilər hazırda yaxınlarını və jurnalistləri gözləyirlər. Onların arasında Ukraynanın tanınmış müğənnisi Ruslana da var.  Müğənni facebook səhifəsində bu barədə yazıb:

“Biz Mixaylov kilsəsində gizlənmişik…Burada təxminən 100 nəfərik..Yaralılar da var”.

O həmçinin əlavə edib ki, “Maydan” hazırda tamamilə polislərin nəzarətindədir.

Qeyd edək ki, Ukrayna hökumətinin Avropa Birliyi (AB) ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandırması artıq bir neçə gündür ki, ölkədə ciddi narazılıqların baş qaldırmasına səbəb olub.