Musiqili Teatrda dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, bu məşhur və klassik əsər əsasında hazırlanan tamaşa bayram günü – 9 noyabr Dövlət Bayrağı Günü tamaşaçılara təqdim olunacaq.
 
Saat 12.00-da nümayiş ediləcək tamaşa meydan üslubunda hazırlanıb. Teatrdan bildirilib ki, bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Səhnə əsərində rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər. Tamaşaya 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.