"Yanlış anlama"nın Bakıdakı qalasında baş verənlər - fotolar

"Yanlış anlama"nın Bakıdakı qalasında baş verənlər -  fotolar
11370 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan və Türkiyə istehsalı olan "Yanlış anlama" filminin qala gecəsi olub.

Axşam.az-ın məlumatına görə, tədbirdə filmin yaradıcı heyəti, aktyorlar iştirak edib.

Yaradıcı heyət çəkilişləri həm Bakıda, həm də Türkiyədə aparılan ekran işi ilə bağlı sualları cavablandırıb.

Qalada filmin azərbaycanlı aktyorları Fərda Xudaverdiyev, Pərvin Abıyeva, İslam Mehrəliyevlə yanaşı, türkiyəli aktyorlar Pelin Sönmez, Hakan Bilgin, Bahadır Efe də iştirak edib.  

Hakan bildirib ki, Bakıdakı çəkilişlərdən çox razı qalıblar və heç bir problemlə qarşılaşmayıblar. 

İslam isə bunun Türkiyə ilə ilk işbirliyi olduğunu vurğulayıb:

"Türkiyədə qala gecəsi oldu. Orada çox bəyənildik".

Foto: Ramin ASLANOV