Stilist Anar Ağakişiyev “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına ghörə, stilist türkiyəli aktrisa Neslihan Atagülün Bakı səfəri zamanı saç düzümü və makiyajını ona həvalə etməsindən danışıb.

Anar bildirib ki, bir çoxları Neslihanın onun əl işini bəyənməməsi ilə bağlı şayiə yayıb:

“Guya Neslihan mənim etdiyim makiyajı bəyənməyib. Amma bu şayiədir. Paxıllıq hissindən belə deyirlər. İndi heç kim gedib mühəndislik oxumur, hamə əlinə fırça alıb vizaj edir. Paxıllıq edirlər ki, xarici qonaqların hamısı məni seçir. Amma sübut olundu ki yalandır. Kim tərəfindən deyildiyi də məlum oldu. Bəyənməmişdisə, mən səhərdən axşama kimi Neslihanın yanındaydım onda deyərdi ki, səni istəmirəm başqa vizajist gəlsin”.