“Tamaşaların paradı” olacaq

“Tamaşaların paradı” olacaq
1191 dəfə oxunub
  • A-
  • A
  • A+
Məktəblilərin payız tətili günlərində ADGTT-da “Tamaşaların paradı” təşkil ediləcək.
 
Axşam.az-ın məlumatına görə, noyabrın 15-dən 20-dək təşkil ediləcək layihə çərçivəsində teatr daimi tamaşaçılarına müxtəlif janrlı, rəngarəng və maraqlı mövzuları əhatə edən həm xarici, həm də yerli rejissorların quruluş verdiyi tamaşaları təqdim edəcək.

Noyabrın 15-i saat 12:00, 14:00, 16:00-da C.Rodarinin “Çippolino”, 17-18 noyabr tarixlərində saat 12:00, 14:00, 16:00-da C. Sviftin “Qulliver Cırtdanlar ölkəsində”, 19 noyabr saat 12:00, 14:00, 16:00-da Azərbaycan xalq nağılı “Məlikməmməd”, noyabr 20-də saat 12:00 və 14:00-da isə məktəblilər üçün M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan” tamaşalarının paradı təşkil ediləcək.
 
Tamaşalarda əməkdar artistlər Şövqi Hüseynov, Vahid Əliyev, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, aktyorlar Elnur Kərimov, Mehriban Hüseynova, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Məsumə Babayeva, Ramil Məmmədov, Müşfiq Əliyev, Anar Seyfullayev, Səbinə Məmmədova, İlham Əsədov, Elnur Hüseynov, Elşən Şıxəliyev və başqaları rol alıb.