Mahnı Teatrında "Qonaqlıq" oldu

Mahnı Teatrında "Qonaqlıq" oldu
1282 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Qonaqlıq" musiqili komediyasının premyerası olub.

Axşam.az xəbər verir ki, premyerada tamaşaçılarla yanaşı incəsənət xadimləri və media nümayəndələri də iştirak ediblər.

Əhməd Orucoğlunun əsəri əsasında hazırlanmış tamaşanın rejissoru xalq artisti Cəfər Namiq Kamaldır.

Tamaşada həm də aktyor kimi çıxış edən Xalq Artisti səhnəni aktrisalar Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova ilə paylaşıb.

Musiqili komediya janrında olan tamaşada müxtəlif insanların bir-birindən fərqli həyat tərzləri əks etdirilib.