Əməkdar artist Rumıniyada konsert verdi - fotolar

Əməkdar artist Rumıniyada konsert verdi - fotolar
1555 dəfə oxunub
  • A-
  • A
  • A+
Rumıniyanın Sibiu şəhərində “Mozaic” caz festivalı keçirilir.

Axşam.az “Report”a istinadən xəbər verir ki, festivalın ilk günü Montrö Caz festivalının qalibi, Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski solo konsert proqramı ilə çıxış edib.

“Novruz”, “G-Man”, "Generation”, "Edge”, "Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta” və digər əsərlərin müəllifi olan azərbaycanlı gənc cazmenin ifası festival iştirakçılarının alqışları ilə müşayiət olunub. “Mozaic” caz festivalı noyabrın 12-dək davam edəcək. Hər il Sibiu şəhərində təşkil olunan festivalda dünyanın aparıcı cazmenləri konsert proqramları ilə çıxış edirlər.