“Forsaj” filminin qəhrəmanı avtomobil qəzasında vəfat etdi

“Forsaj” filminin qəhrəmanı avtomobil qəzasında vəfat etdi
5367 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Pol Uolker Los-Ancelesin şimalında avtomobil qəzası keçirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Forsaj” filmlərinin qəhrəmanı 40 yaşında dünyasını dəyişib.

Uolker və daha bir nəfərin olduğu “Porsche” markalı avtomobil dirəyə dəyib və nəticədə maşın yanıb. İlkin məlumata görə, o, avtomobili özü idarə etməyib. Sürücünün adı haqda isə heç bir məlumat verilmir. Hadisə nəticəsində o da dünyasını dəyişib. Həmin avtomobil aktyorun dostuna məxsus olub. Qəzanın törədilmə səbəbləri məlum deyil.