İstanbul marafonunda azərbaycanlı oğlandan romantik evlilik təklifi - fotolar

İstanbul marafonunda azərbaycanlı oğlandan romantik evlilik təklifi - fotolar
3078 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirilən 39-cu Avrasiya Marafonunda maraqlı anlar yaşanıb.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, marafonun azərbaycanlı iştirakçısı Maqsud Məmmədov Asiya ilə Avropa qitələrini birləşdirən “15 iyul şəhidləri” körpüsünün üzərində dayanaraq sevgilisi Aynur xanıma evlilik təklifi edib.

Gözlənilmədən cibində gətirdiyi üzüyü çıxararaq sevdiyi qıza doğru uzadan Maqsud Məmmədov onunla evlənmək istədiyini deyib. Sevgilisi Maqsuda yerindəcə “Hə” cavabı verib.

Maqsud Məmmədov İstanbulda evlilik təklifi etməyi əvvəlcədən planlaşdırdığını və qitələri birləşdirən körpünün bunun üçün ən gözəl məkan olduğunu deyib.