Oksana arzusuna çatmaq üçün 650 dollar ödədi - foto

Oksana arzusuna çatmaq üçün 650 dollar ödədi - foto
1605 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulova çoxdankı arzusuna çatıb.

Axşam.az-ın məlumatına görə, sənətçi pərəstişkarı olduğu məşhur hind aktyoru Şahrux Xanla görüşüb.

Belə ki, Oksana Ş.Xanın ötən gün Dubayda baş tutan konsertinə qatılıb. Bilet almaq üçün 650 dollar ödəyən rəqqasə ona hədiyyə də aparıb. Sənətçi təəssüratlarını sosial şəbəkədə paylaşıb:

“Çox fikirləşdim ki, sevimli aktyoruma nə bağışlaya bilərəm. Şahrux Xana onun siması ilə milli geyimimizdə fiqur hədiyyə etdim. Qoy hər kəs tanısın və bilsin ki, bizim milli geyimlərimiz dəbli və gözəldir. Nəyahət, arzuma çatdım, Şahrux Xanı gördüm”.