“Növbəti iki gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.

Axşam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabr ayının 13-ü və 14-də gecə və səhər ölkənin bəzi cənub-şərq rayonlarında, əsasən də Lənkəran-Astara zonasında çiskinli yağış yağacaq: "Bəzi rayonlardə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 15-19, dağlarda 7-12 dərəcə isti olacaq". Mütəxəssis qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Yarımadanın bəzi yerlərində gecə və səhər saatlarında çiskinli yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək. Havanın temperaturu 15-19 dərəcə arasında dəyişəcək".