Aynur Talıbova ABŞ-da qabyuyan işləyir

Aynur Talıbova ABŞ-da qabyuyan işləyir
5325 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir əvvəl ailəsi ilə birlikdə ABŞ-a köçən dicey Aynur Talıbova orada özünə iş tapıb.

Axşam.az-ın məlumatına görə, dicey bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, qabyuyan işləyir.

Qab yuyan yerdə çəkilən şəklini yayımlayan və bu işin 1 saatına 11 dollar aldığını vurğulayan Talıbova “Nəhayət ki, özümə yaraşan bir iş tapdım. Perspektivi var. Bir azdan qab yumaq texnikası ilə bağlı kitab yazacam” deyə bildirib.

Dostları onun zarafat etdiyini yazsalar da, Aynur bunun gerçək olduğunu bildirib.

Qeyd edək ki, A.Talıbovanın bir övladı var.