Azərbaycanda yeni telekanalın yaradılması təklif edilir

Azərbaycanda yeni telekanalın yaradılması təklif edilir
846 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalının yaradılması təklif olunur.
 
Axşam.az-ın “Report”a istinadən xəbərinə görə, bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib. O bildirib ki, Azərbaycanda orduya xüsusi diqqət yetirilir:
 
“Bu, təqdirəlayiqdir. Ordumuz istənilən an torpaqlarımızı işğaldan azad edə bilər. Amma beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə da orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır. Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq televiziya kanalı yaradıla bilər”.

Deputat onlayn medianın da dövlət büdcəsindən maliyyələşdirilməsinin vacibliyini vurğulayıb.