Rusların tanıdığı azərbaycanlı məşhurlar

Rusların tanıdığı azərbaycanlı məşhurlar
8981 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın life.ru saytı Azərbaycanın 6 məşhur müğənnisinin adını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, siyahı İnstaqramda izləyici sayı çox olan tanınmış ifaçılar üzərində qurulub.

Ardıcıllıq isə belədir:

Sevil-Sevinc Səfərovaların 1 milyon 200 min izləyicisi var. Bacıların ATV-də yayımlanan “Yeni ulduz” yarışması ilə tanındığı qeyd olunub.



Röya Nəcəfova – 1 milyon 100 min nəfər izləyiciyə sahibdir. Röyanın “Göndər” və “Gəmicilər” klipinin “Youtube”-da bir milyondan çox izlənildiyi yazılıb.

Günay İbrahimli – 946 min izləyici. Günayın ən populyar mahnısı kimi “Sən məndən gedən gündən” qeyd edilib.

Damla Sönməz – 818 min izləyici. Damla aktrisa kimi təqdim olunsa da, onu türkiyəli aktrisalardan biri ilə səhv saldıqları ehtimal olunur. Belə ki, Damlanın “Kösəm” serialında Mahpeykər rolunu canlandırdığı qeyd olunub.

Sevda Yahyayeva – 779 min izləyici. Sevdanın məşhur mahnıları kimi “Dedilər ki”, “Tut əlimdən” qeyd edilib.



Nigar Camal – 253 min nəfər izləyici. Nigarın daha çox “Eurovision 2011”dən sonra tanındığını yazan sayt onun bu müsabiqədə Eldar Qasımovla birlikdə oxuduğu “Running scared” mahnısına görə 211 bal topladığını qeyd edib.