Noyabrın 12-də “Əli və Nino” filmi Monteneqronun İctimai Radio və Televiziya Şirkətinin birinci kanalında (RTCG1) bu ölkənin dilində subtitrlərlə nümayiş etdirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, filmin Monteneqroda premyerası Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi, Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə bu il mayında 4-də keçirilib.

Böyük marağa səbəb olduğundan film, həmçinin televiziya kanalında da nümayiş etdirilib. İl ərzində filmin daha bir neçə dəfə göstərilməsi nəzərdə tutulur.