Nazirliyin əməkdaşı Bəhreyndə açılışda - fotolar

Nazirliyin əməkdaşı Bəhreyndə açılışda - fotolar
1403 dəfə oxunub
  • A-
  • A
  • A+
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreyn Krallığına səfər edib.

Axşam.az-a nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirən heyət üzvləri eyni zamanda bəzi mədəni tədbirlərdə də iştirak ediblər.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova Bəhreynin mərkəzi küçələrinin birində yerləşən “Bəhreyn Arxeoloji İrs Evi”nin yenidənqurmadan sonra həyata keçirilən təntənəli açılış mərasimində iştirak edib.

Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə qeyd edib ki, son illərdə Bəhreyndə həm tarixi abidələrin bərpası, həm də yeni muzeylərin açılışları olub. Həmçinin vurğulanıb ki, Bəhreynə turist səfərlərinin sayının artması nəticəsində belə obyektlərə maraq artıb. Bəhreyn mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından bu cür turizm nümayişi obyektlərinin bərpasının vacibliyi bildirilib.