Hamilə model övladının cinsiyyətinə belə işarə verdi - foto

Hamilə model övladının cinsiyyətinə belə işarə verdi - foto
7294 dəfə oxunub
  • A-
  • A
  • A+

Hamilə model Kayli Cenner sosial mediada paylaşdığı fotoları ilə övladının cinsiyyətinə işarə verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hamiləliyinin 5-ci ayında olan Cenner bu yaxınlarda dünyaya gələcək övladı üçün mərasim təşkil etməyə hazırlaşır.

Bunun üçün Xidden-Xils rayonunda yerləşən villasını bəzətdirən Kayli dekorasiyada yalnız çəhrayı rəngdən istifadə edib.

Evin hər yerinə çəhrayı güllər düzdürən Cenner bununla qızı olacağını bildirib.
Qeyd edək ki, repçi Trevis Skottadan hamilə olan Kaylinin ilk övladı 2018-ci ilin fevralında dünyaya gələcək.