22 illik evliliyə son qoyan aktyor yeni sevgilisi ilə - fotolar

22 illik evliliyə son qoyan aktyor yeni sevgilisi ilə - fotolar
1930 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ay 51 yaşlı həyat yoldaşı İv Mavrakislə 22 illik evliliyə son qoyan 46 yaşlı aktyor Evan MakQreqor yeni sevgilisi ilə görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Evan eşq yaşadığı “Fargo” serialındakı tərəf müqabili, 32 yaşlı Meri Elizabet Uinstedlə Kaliforniyada küçədə paparazzilərə tuş gəlib.

Eyni üslubda geyinən cütlük əl-ələ teatra gedib. Sevgili olduqlarını heç kimdən gizlətməyən MakQreqor və Elizabet xoşbəxt görünüblər.

Qeyd edək ki, Meri bu yaxınlarda 7 illik əri Riley Stearnsdən ayrılıb. Cütlüyün övladı yoxdur.

Evan və İvin isə 22 illik nikahından 4 övladı var.