Model Gigi Hadid Nyu-Yorkda paparazzilərə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı model dəvət aldığı verilişlərdən birinə gedib. O, bu dəfə çəhrayı rəngə üstünlük verib.

Başdan-ayağa çəhrayı geyinən Giginin təkcə ayaqqabısı qara olub.

Tranparan köynəkdə olan Hadidin alt paltarının belə çəhrayı olması diqqətdən yayınmayıb.

Fotoları sosial şəbəkədə görən izləyicilər Hadidin həftə sonu sevgilisi Zeynlə 2 illik ildönümlərini qeyd etdikdən sonra belə xoşbəxt olduğunu və bu səbəbdən sevinc rəmzi sayılan çəhrayıya büründüyünü qeyd ediblər.