175 kiloqram arıqladı - həyatı dəyişdi

175 kiloqram arıqladı - həyatı dəyişdi
11780 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistanda yaşayan Amita Rajani adlı qadını son dəfə görənlər onu tanıya bilmirlər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, köklükdən (bədən çəkisinin piy qatlarının hesabına artması) əziyyət çəkən 44 yaşlı qadın 2 ildə 175 kiloqram verərək həyatını tamamilə dəyişib.

Həm atası, həm də nənəsi kök olan Amita iştahına “yox” demədiyi üçün 2 il əvvəl 300 kiloqram olub. Lakin sonradan gəzməkdə, nəfəs almaqda, iş görməkdə əziyyət çəkən qadın arıqlamağa qərar verib.

O, əməliyyat olunaraq 175 kiloqram arıqlayıb. Hazırda 125 kiloqram olan Rajani bir az daha arıqlamaq istədiyini bildirib.