Cavanşirlə Vasif barışdı

Cavanşirlə Vasif barışdı
887 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Cavanşir Məmmədov və müğənni Vasif Məhərrəmli barışıb.

Axşam.az-ın məlumatına görə, sənətçilər xalq artisti Səməd Səmədovun yaradıcılığının 30 illik yubileyində bir araya gəliblər.

Qeyd edək ki, müğənnilərin küsməsinə səbəb “imperator” titulu olmuşdu. Vasif Məhərrəmlinin “İlhamə Quliyeva mənə “imperator” titulu verib” sözləri C. Məmmədovu bərk əsəbiləşdirmişdi. İfaçı "Bir neçə dostumuz məclislərin birində Vasifə "imperator" deyib. İndi həmin müğənni də hər yerdə deyir ki, şou-biznesin imperatorudur. İmperator olmaq üçün gərək səni dövlətin, xalqın tanısın. "İmperator" titulunu İlhamə Quliyeva mənə verib” deyə ona cavab verib. İlhamə Quliyeva “ATV maqazin” verilişində “imperator” titulunu Cavanşir Məmmədova verdiyini təsdiqləyib. O, Vasif Məhərrəmliyə “şah” titulu verdiyini bildirib.