Amerikadan qayıdan kimi qızlarının yanına getdi
Müğənni Gökhan Özen yayda getdiyi Los-Ancelesdən qayıdıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Amerikada yeni repertuarını hazırlayan ifaçı ölkəsinə dönən kimi qızları Ada Deren və Derin Sunun yanına gedib. Bu yaxınlarda iki konsert üçün Avstraliyaya yola düşəcək Gökhan vaxtını qızları ilə keçirir.
Qeyd edək ki, Gökhan 2010-2016-cı illərdə Selen Sevigenlə ailəli olub.