"İş görə bilmirəm, ölkəni tərk edəcəm" - Niyam

"İş görə bilmirəm, ölkəni tərk edəcəm" -  Niyam
1849 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mənim kimi vətəninin sevən bir adam ölkəni tərk edəcək”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami "ATV maqazin onlarla" verilişində deyib.

Sənətçi iş görə bilməməkdən şikayətlənib:

“Burada istədiyimi edə bilmirəm. Tamaşaçılar mənə müraciət edir ki, konsert ver. Mən kimə müraciət edim? Sıxılıram, mahnı oxumaq istəyirəm. Amma çox işlər görə bilmirəm. Görə biləndə isə maneçiliklər törədirlər. Nəsə edəndə gərək cibində pulun olsun ki, kim ağzını açırsa, pul uzadasan. Boğula-boğula qalıram, nə edim?".