“Anam son günlərini yaşayanda konsert verdim” - Aygün Səmədzadə

“Anam son günlərini yaşayanda konsert verdim” -  Aygün Səmədzadə
1722 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Ömrün fəsilləri” proqramının budəfəki qonağı əməkdar incəsənət xadimi Aygün Səmədzadə olub.

Axşam.az-ın məlumatına görə, bəstəkar proqramda anasının son anlarından danışıb.

“Anam son günlərini yaşayarkən mən məcburi şəkildə konsert verdim. Afişalar artıq hazır idi deyə konsert dayanmadı. Mayın 31-i konsert oldu, iyunun 6-sı anam rəhmətə getdi. Konsert mənim üçün ağır idi. O konsertə heç bir zaman baxmamışam. Anam nəfəs problemi ilə soruşub ki, konsert necə keçdi? Sonra deyib ki, mən rahat gedə bilərəm. Son anında belə mənim sənətimi ön plana qoyub. Belə hadisələrlə sənət adamları çox rastlaşıb. Ayın 1-də mən Türkiyəyə anamın yanına uçdum, onun yanında oldum. Amma o, sanki getmişdi... Mənim konsertimdən kadrları ona göstəriblər”.