Moskvaya ad gününə yollandılar - fotolar

Moskvaya ad gününə yollandılar - fotolar
2861 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesin tanınmış simaları Moskvaya yollanıb.

Axşam.az-ın məlumatına görə, səfərin məqsədi “V & V company” şirkətinin rəhbəri Valeri İlişayevin qızının ad günü mərasimində iştirak etməkdir. Bu gün baş tutacaq doğum günü məclisinin təşkilatçısı prodüser Tolikdir. O, tədbirə şoumen Murad Dadaşov, müğənni Zamiq Hüseynov, Sevda Yahyayeva, “Özünə bax” layihəsinin siması Ruhi Əliyevanı dəvət edib. Gecədə rus estradasının tanınmış simaları da iştirak edəcək. Ad gününü yayımlamaq hüququ ATV telekanalının “Onlar” verilişinə məxsusdur.

Ötən gün Moskvaya gedən məşhurlar şəhər gəzintisinə çıxıb.