"Qınayırlar ki, Məlahət ancaq kiçik rollara çəkilir"

"Qınayırlar ki, Məlahət ancaq kiçik rollara çəkilir"
1723 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Məlahət Abbasova “ATV kulis” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa proqramından danışıb:

“Bizimkilər türkiyəli məşhurları tanıyır. Məqsədim “Məlahətli söhbətlər” vasitəsiylə bizimkiləri də orada tanıtmaqdır. Görürəm ki, bura gəlib gedəndən sonra oradakılar məndən Alim Qasımovun, İlqar Muradovun disklərini istəyirlər”.

Abbasova aparıcının “Təklif gəlsə, Azərbaycanda teatrda çalışmağa gələrsiniz” sualına “Bilmirəm... Nəyə? Tamaşa qurmağa gələrəm” cavabını verib.

M.Abbasova haqqında deyilən “Məlahət Abbasova ancaq kiçik rollara çəkilir” sözlərinə münasibət bildirib:

“Buna görə məni qınayırlar. Mən tamaşalar qoyuram və oynayıram. Mənim beş gündən artıq serialda çəkilməyim mümkün deyil. Serialların qazancı çox gözəldir. Bir çoxları buna görə teatrı buraxıb gedir. Amma mən istəmirəm”.