Yeni kanal yaradılır - müsabiqə keçiriləcək

Yeni kanal yaradılır -  müsabiqə keçiriləcək
1708 dəfə oxunub
  • A-
  • A
  • A+
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Axşam.az-a verilən məlumata görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna noyabrın 16-dan 16 dekabr 2017-ci ilədək müsabiqə elan edilib.

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul olunub.