Ülviranın verilişi bağlandı? - yenilənib

Ülviranın verilişi bağlandı? - yenilənib
6203 dəfə oxunub
  • A-
  • A
  • A+

“ARB kanalında yayımlanan “Günə davam” verilişi bağlanmayıb”.

Bunu Axşam.az-a ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov deyib:

“Günə davam” verilişi bağlanmayıb”, sadəcə proqrama əlavələr edilir. Veriliş gələn həftədən, yeni vaxtda yayımını davam etdirəcək”.


***

ARB telekanalında yayımlanan “Günə davam” verilişi iki gündür efirə getmir.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Ülvira Qarayevanın etdiyi proqram həftə içi beş gün saat 16:15-dən 17:15-ə kimi efirə gedirdi.

Artıq iki gündür “Günə davam”ın yerinə ARB-də həmin saatda “Piyada” verilişinin təkrar bölümləri yayımlanır.