Aktrisa Hande Soral ailə qurduğu iş adamı İsmail Demircini ad günü münasibəti ilə İnstaqramda təbrik edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əri ilə çəkilmiş fotonu hesabında yerləşdirən Hande yazıb:

“Yaxşı ki, doğulmusan. Əlin əlimdən, gözün gözümdən bir ömür ayrılmasın. Səni çox sevirəm”.

Qeyd edək ki, cütlük ötən ayın bu günü nikah masasına oturub.