Elçinin sevgilisi Barışa söz atdı: "İsveçdə böyüməmişik"

Elçinin sevgilisi Barışa söz atdı: "İsveçdə böyüməmişik"
3220 dəfə oxunub
  • A-
  • A
  • A+
Əvvəlcə “Kiralık aşk”, daha sonra "Mutluluq zamanı" romantik komediya filmində baş rolları paylaşan aktyor Barış Arduç və aktrisa Elçin Sanqu haqda xəbərlər gündəmdən düşmür.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, filmin qala gecəsində Elçinin sevgilisi Yunus Özdikenin öpüşmə səhnələri zamanı salonu tərk etməsi və bu barədə açıqlama verməsi böyük səs-küyə səbəb olub.

İddiaya görə, Yunus “Elçinin işinə hörmət edirəm. Amma biz İsveçdə böyüməmişik. Bu cür səhnələri izləmək kişiliyimə sığmır” deməklə Barışa söz atıb.

Belə ki, Arduç 1987-ci ildə İsveçdə doğulub və orada böyüyüb.