Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının ilk kütləvi tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, digər Avropa ölkələrində olduğu kimi Böyük Britaniyada da iş xanımlarımız fəaliyyət göstərir. Britaniya Azərbaycanlı Qadınlar Assosiasiyası (BAQA) həmin xanımlarımızı bir araya gətirmək, axşam tədbirləri keçirmək və bərəbərliyimizi daha da gücləndirmək üçün təsis edilib.

Təhsil, mədəni irsin təşviqi, biznesin inkişafı, şəbəkələşmə, milli ruhun möhkəmləndirilməsi təşkilatın asas fəaliyyət istiqamətlərindəndir. BAQA gələcəkdə Beynəlxalq Qadınlar Assosiasiyasının bir üzvü olmaq niyyətindədir, bunun üçün hazırda danışıqlar gedir. 

Asssosiyasının ilk tədbirində təşkilatın qurucusu Ülviyyə Tağızadə və sədri Simuzər Baloğlanova tədbirdə iştirak edən qadınlara uğurlar arzulayıb. Daha sonra idarə heyyətinin üzvləri seçilib və vəzifə bölgüsü aparılıb.