Lalə Məmmədovanın əri xəyanət iddiasından danışdı

Lalə Məmmədovanın əri xəyanət iddiasından danışdı
6453 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Lalə Məmmədova ayrılma səbəbi kimi həyat yoldaşı İlham Qafarovun ona xəyanət etməsini göstərmişdi.

Axşam.az vesti.az-a istinadən xəbər verir ki, İlham Qafarov məsələyə münasibət bildirib.

O, sözügedən iddianın həqiqətəuyğun olmadığını deyib:

"Lalənin efirdə dediyi sözlər həqiqəti əks etdirmir. Bizim ayrılmağımıza düşmənlərimizin və Lalənin rəfiqələrinin şər atması səbəb olub. Məni xəyanətdə günahlandırmazdan əvvəl bunu bir neçə dəfə yoxlayıb dəqiqləşdirməli idi. Hər bir ailədə söz-söhbət olur. Amma istənilən məqamda anlaşıb problemi yoluna qoymaq, ən azından məsələni sakit yolla həll etmək olar.

Heç nə ona mənim şəxsiyyətimi alçaltmağa haqq vermir. Bəzi şəxslər var ki, Laləni mənə qarşı qızışdırdılar. Halbuki həmin insanların öz şəxsi həyatı yolunda deyil. İndi o ana olmağa hazırlaşır və belə məqamda onun ləyaqətinə toxunacaq bir şey demək istəmirəm. Lakin onu bildirim ki, Allah hər şeyi görür və gec-tez haqq yerini tapacaq.

Hələ ki körpə doğulmayıb deyə rəsmən boşana bilmirik. Mən 8 ildə ona yaxşı həyat yoldaşı, əsl dost olmuşam, ən çətin məqamlarda həm mənəvi, həm maddi cəhətdən onu dəstəkləmişəm. Yaxşı bir məsəl var: heç vaxt su içdiyin qaba tüpürmə".