"Efirə çıxmamağımın səbəbi şəxsi həyatımdır" - fotolar

"Efirə çıxmamağımın səbəbi şəxsi həyatımdır" -  fotolar
4183 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir efirlərdən uzaq qalan aparıcı Sahibə Nəzərova tədbirlərin birində görüntülənib.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl Türkiyəyə köçən Sahibə yenidən Azərbaycana qayıdıb.

O bildirib ki, yaxın günlərdə efirə çıxacaq:

“Buralardan küsüb getmişdim. Heç qayıtmaq istəmirdim, hamı deyirdi qayıtma, İstanbulda qal. Amma bəzi səbəblərə görə qayıtmalı oldum. İndi tez qərar verdiyimə peşman olmuşam.

Uzun müddətdir efirdən uzaq qalsam da tamaşaçılar məni unutmayıblar. Yaxın günlərdə yeni layihə ilə tamaşaçıların qarşısına çıxacam”.

Sahibə efirdən uzaq qalmasını şəxsi həyatı ilə bağlayıb:

“Əslində, efirə çıxmamağımın səbəbləri arasında şəxsi həyatım da var. Artıq hər şey yaxşıdır”.

Qeyd edək ki, Sahibə "Xəzər", daha sonra isə "Space" kanalında çalışırdı.

Foto: Ramin ASLANOV