Demet Akalın üzərində sərvət daşıyır - fotolar

Demet Akalın üzərində sərvət daşıyır - fotolar
2488 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Demet Akalın bəstəkar Ayla Çelikin ad günündən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran ifaçı əri Okan Kurtun istəyinin əleyhinə olaraq ikinci uşaq istəmədiyini deyib:
 
“İkinci uşaqla bağlı fikrim daim dəyişir. Hazırda düşünmürəm”.
 
Demet bahalı geyimi və aksesuarları ilə diqqət çəkib.
 
Belə ki, Akalın 500 min lirəlik (təxminən 250 min manat) brilyant üzük, “Rolex” markalı 80 min lirəlik (təxminən 40 min manat) saat, “Hermes”dən 30 min lirəlik (təxminən 15 min manat) çanta, “Zara”dan 229 lirəlik (təxminən 110 manat) ətək, “Versace”dən 8 min 200 lirəli (təxminən 4 min 100 manat) kofta, “Fendi”dən isə 1400 lirəlik (təxminən 700 manat) eynək istifadə edib.