Oksana yenə qazana bilmədi - "Mələyin öpüşü" kinoteatrlardan çıxarıldı

Oksana yenə qazana bilmədi - "Mələyin öpüşü" kinoteatrlardan çıxarıldı
3398 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Oksana Rəsulovanın sahibi olduğu “OksiMedia” şirkətində lentə alınan “Mələyin öpüşü” filmi kinoteatrlardan yığışdırılıb.

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, baş rolda özünün və keçmiş həyat yoldaşı Elşad Xosenin çəkildiyi ekran işi bu dəfə də ona gəlir gətirməyib:

“Filmin mayasını yenə də əldə edə bilmədim. Ancaq yarısını götürdüm. Bizim ödəyəcəyimiz böyük faizlər var. Kinoteatra və başqa nələrəsə pul ödəyirik. Amma indiyənə qədər olan yerli filmlər içərisində reytinqdə birinci oldu.

“Şər qarışanda” filmində 1 qəpik də qazanmamışdım. Ona görə də buna şükür edirəm. “Şər qarışanda”ya 120 min xərcləmişdim, burada az idi”.

Oksana “Xəzər” telekanalında yayımlanan “Lal yuxu” serialının reytinqlərinin aşağı olmasına da münasibət bildirib:

“Əvvəl reytinq aşağı idi. Son yayımlanan bölümdə qalxıb. Artıq yavaş-yavaş qalxırıq. Montajda problemlər yaşamışdıq. Komanda da dəyişikliklər oldu, artıq hər şey yoluna düşüb”.

Foto: Ramin ASLANOV