Selenanın tərk etdiyi reper Bellaya üz tutdu - fotolar

Selenanın tərk etdiyi reper Bellaya üz tutdu - fotolar
3368 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Bella Hadid keçmiş sevgilisi, reper "The Weeknd" ləqəbli Abel Tesfaye ilə yenidən barışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 27 yaşlı reper ötən gecə Bellanın Nyu-Yorkdakı evindən çıxarkən görüntülənib.

Xatırladaq ki, Abel ötən ay sevgili olduğu Selena Qomezdən ayrılıb. Buna səbəb Selenanın yenidən Castin Biberə geri dönməsi olub.

Qeyd edək ki, Bella ilə "The Weeknd" 2015-ci ildə sevgili olmuşdu. Cütlük 2016-cı ildə münasibətinə son qoymuşdu.