Azərbaycanda yenə zəlzələ oldu

Azərbaycanda yenə zəlzələ oldu
4861 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda 3,5 bal gücündə zəlzələ baş verib.

Axşam.az-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Ocağı 24 km dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub.

Xatırladaq ki, ötən gün saat 23:48-də Ağdamda 5,7 bal gücündə zəlzələ olub. Yeraltı təkan Ağdamla yanaşı, Bərdə, Gəncə, Şəmkir, Mingəçevir və  Şamaxıda da hiss edilib. Bir çox evlərə ziyan dəyib.