Andrey Malaxov ata oldu

Andrey Malaxov ata oldu
1113 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın tanınmış teleaparıcısı Andrey Malaxov ata olub.
 
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, 45 yaşlı jurnalistlə 37 yaşlı xanımı, “Elle” jurnalının naşiri Natalya Şkulevanın oğlu dünyaya gəlib. 4 kiloqram çəkidə, 54 santimetr uzunluqda doğulan körpənin adı hələlik qoyulmayıb. Valideynləri oğullarının xarakterini öyrəndikdən sonra ona ad seçəcəklərini deyiblər.

Qeyd edək ki, Birinci kanaldan qalmaqallı şəkildə ayrılan Andrey Malaxov bunu ailəsi ilə vaxt keçirmək istədiyi üçün atalıq məzuniyyəti adlandırmışdı. Andreylə natalya 2011-ci ildə Fransada ailə qurub.