Türk filmləri həftəsi başladı - fotolar

Türk filmləri həftəsi başladı -  fotolar
2489 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində 3-cü “Türk filmləri həftəsi”nə start verilib.

Axşam.az-ın məlumatına görə, film həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşıb.

Tədbirdə əvvəlcə iki qardaş ölkənin şəhid övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək, iki qardaş ölkə arasında əsrlər boyu davam edən dostluq münasibətlərindən söz açıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında film festivalının tamaşaçılar üçün böyük töhfə olduğunu bildirib.

Sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş olunub.

Foto: İlqam CƏBİYEV