Zeynəb Xanlarova Rasim Balayevə kömək istədi: "Dərmanlara pulu çatmır"

Zeynəb Xanlarova Rasim Balayevə kömək istədi: "Dərmanlara pulu çatmır"
5464 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O dərman almağa pul tapmır. Üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, ona niyə kömək etmirlər?!”

Axşam.az-ın “Report”a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib. O, aktyora kömək olunmasını xahiş edib:
 
“Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”.

MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.