Xəbər verdiyimiz kimi, əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər Engin adlı türkiyəli iş adamına ərə gedib.

Axşam.az-ın məlumatına görə, Ülkərin həyat yoldaşı ilə toy fotoları sosial şəbəkədə yayılıb. Şəkilləri fotoqraf Niko Abbasov paylaşıb.

Qeyd edək ki, Ülkər və Enginin Bakıdakı toyu sentyabrda baş tutub. Onlar məclisi mediaya qapalı etmişdi. Ülkər bu gün Antalyaya yola düşür. Noyabrın sonunda onun Antalyada daha bir toyu baş tutacaq.