"Sənə 50 dəfə xəyanət etmişəm" - Rəmişdən xanımına

"Sənə 50 dəfə xəyanət etmişəm" -  Rəmişdən xanımına
6899 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) və həyat yoldaşı Gülü “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, Gülü gitara ifaçısına suallar ünvanlayıb.

Rəmiş xanımının “Mənə görə gitaranı atarsan? Mənə xəyanət etmisən?” suallarına belə cavab verib:

“Yox atmaram. İkinizi də çox istəyirəm. Biri pul gətirir, biri isə əziyyətimi çəkir. Sənə 50 dəfə xəyanət etmişəm. Arxanca da danışmışam”.

Sənətçi var-dövlətini həyat yoldaşının adına keçirdiyini söyləyib:

“Ev də, maşın da Gülünün adınadır. İnsan ömrü qısadır. Başıma bir iş gəlsə, qohum-əqraba Gülüylə dalaşmasın deyə bunu etmişəm”.