“WhatsApp” messencerinin yaradıcıları “push-to-talk” səsli mesajların yeni funksiyasını sınaqdan keçirirlər.
 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya hazırkı səsli mesajlardan ciddi şəkildə fərqlənəcək.
 
Belə ki, səsli mesaj üçün mövcud olan mikrofon düyməsinin əvəzinə yeni üzən interfeys görünəcək. İstifadəçi yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və artıq barmağını düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq. Həmçinin birbaşa səsyazma zamanı əvvəlki mesajlarınıza baxmaq imkanı olacaq.

Lakin yeni rejimdə məhdudiyyətlər də nəzərdə tutulub. Birincisi, fasiləsiz səsyazma rejimində şəkillərə baxmaq və ya videolar izləmək, səsyazma zamanı mesaj yazmaq və başqa çatlara keçmək mümkün olmayacaq. Əks halda, bu, səs yazısının avtomatik silinməsinə gətirib çıxaracaq.