7 yaşlı azərbaycanlının həvəsi yaş və sərhəd tanımır - video

7 yaşlı azərbaycanlının həvəsi yaş və sərhəd tanımır - video
3172 dəfə oxunub
  • A-
  • A
  • A+
Ağsu rayon sakini 7 yaşlı Sənani Gözəlov ağır texnikaları peşəkarlıqla idarə edə bilir.

Axşam.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, o, öncə tırtıllı ekskavatoru, sonra isə qreyderi hərəkətə gətirərək asanlıqla sürür.

Atasının əlindən çətinliklə idarə olunan bir sıra inşaat maşınlarını sürməyi öyrənən Sənani bu bacarığı ilə izləyənləri heyrətdə qoyur.

Bu texnikaları idarə etməyi lap kiçik yaşlarından öyrənməyə başlayan 1-ci sinif şagirdi sinif yoldaşlarının traktor, ekskavator və qreyderin adını belə bilmədiyi halda, o, bu texnikaların öhdəsindən bacarıqla gəlir.