"İt əti yedim xəstəxanalıq oldum"

"İt əti yedim xəstəxanalıq oldum"
6638 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Safiye Soyman alış-veriş mərkəzində obyektivlərə tuş gəlib.

Axşam.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, dəbdəbəli aksessuarları ilə diqqət çəkən sənətçi "Amerikada bir dəfə oğrular məni soydu. Ona görə də dəyərli əşyalarımı yanımda saxlamıram. Çoxu bankdadır" deyib.

Bir müddət əvvəl "Show TV"də yayımlanan "Dünya Güzellerim" adlı proqramda yer alan Soyman həmin vaxtlarla bağlı xatirəsini bölüşüb:

"Manqalda bişən əti toyuq hesab etdik. Sən demə, it əti imiş. Onu yedikdən sonra mədəm ağrıdı və bulandı. Xəstəxanalıq oldum".