Noyabrın 20-də Çinin şəhərlərindən olan Şanxayda ən gözlənilən moda tədbirlərindən biri baş tutacaq.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, gecədə "Victoria's Secret"in yeni kolleksiyası nümayiş olunacaq. Podiuma çıxacaq bütün mələklər viza ala biliblər.

Model Gigi Hadid möhtəşəm gecədə yer ala bilməyəcəyini açıqlayıb. Buna səbəb isə onun sosial şəbəkədə budizmi tənqid edən video paylaşmasıdır.

"Təəssüf ki, "Victoria's Secret" ailəsi ilə ola bilməyəcəm. Ailəmi sevirəm, qəlbim qızlarımın yanında olacaq. Gözəl şounu izləməyə tələsirəm" deyə, Gigi bildirib.

Hadid fevralda bacısı ilə birlikdə olan videosunda Budda formasında peçenye yeyib. O, eyni zamanda üzünü Buddanın siması kimi edib. Onun bu hərəkəti tənqid olunmuşdu.