Sevda: “Tac İlhamə xanıma da, Aygün Kazımovaya da yaraşır”

Sevda: “Tac İlhamə xanıma da, Aygün Kazımovaya da yaraşır”
2088 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva son vaxtlar şou-biznesdə gündəmdən düşməyən tac məsələsindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə açıqlamasında tacın həm İlhamə Quliyevaya, həm də Aygün Kazımovaya yaraşdığını bildirib:

“Tac İlhamə xanıma da, Aygün Kazımovaya da yaraşır. Görürsünüz, keçmiş geri qayıdır. İndi şah, kraliça dövrü başlayıb”.

S.Yahyayeva yenicə işıq üzü görən “Son sözüm” mahnısı ilə bağlı maraqlı etiraflar edib:

“Bu mahnıda mənim həyatımdan bir parça var. Çox seviləcəyinə inanıram. Buna klip də çəkdirəcəm. Özü də maraqlı süjet xəttinə malik olacaq”.